CƏMİYYƏT


Tovuz şəhərində polisi əməkdaşını avtomobillə vuran keçmiş məhkum saxlanılıb

Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi “VAZ-21015” markalı avtomobillə avtoxuliqanlıq edib. O sonra onu intizama dəvət edən həmin ərazidə xidmət aparan rayon polis şöbəsinin əməkdaşı polis baş serjantı İ.Qafarlını vurub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, İ.Qafarlıya xəstəxanada ilkin tibbi yardım göstərilib.