Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə şəhid zabitin xatirəsinə tikilən bulağın açılışı olub

18.09.2021 [16:39]

Xəbərin mətni

Xəzər rayonu Binə qəsəbəsində şəhid leytenant Məhəmməd Zamanlının xatirəsinə tikilən bulağın açılışı olub.Müdafiə Nazirliyi rəsmilərinin, Xəzər rayon İcra Hakimiyyətinin, şəhidin ailə üzvlərinin, döyüşçü yoldaşlarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası, eləcə də işğal altında olan tarixi torpaqlarımızın azad edilməsi uğrunda şəhidlik zirəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.

BÖLMƏNİN DİGƏR VİDEOLARI