MƏDƏNİYYƏT


XTNS-nin “Azərbaycan” pavilyonunda Rusiyanın Xalq rəssamı Sergey Andriyakanın fərdi sərgisi açılıb

Rusiya Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Rusiyanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Akvarel və Zərif Sənətlər Akademiyasının rektoru Sergey Andriyakanın fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Heydər Əliyev Fondunun və Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilib.