Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sumqayıtda evlərdən oğurluq edən şəxs saxlanılıb

20.09.2021 [13:24]

Xəbərin mətni

Sumqayıt şəhərində evlərdən oğurluq edən şəxs saxlanılıb. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının zərərçəkənlərin müraciətləri əsasında həyata keçirdikləri əməliyyat nəticəsində şəhər sakini Nərminə Məmmədova saxlanılaraq istintaqa təqdim olunub. Onun bu ilin əvvəlindən başlayaraq Sumqayıt şəhərində qohum və tanışlarına məxsus 5 evdən oğurluq etdiyi müəyyən edilib. Həmin şəxs mənzillərdən əsasən pul və qızl-zinət əşyaları oğurlayıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI