MƏDƏNİYYƏT


Kubanın tanınmış xoru Azərbaycanın Dövlət Himnini ispan dilində ifa edib

Qafqaz-İberoamerika Düşüncə Mərkəzi Kubanın tanınmış “Coro de Cámara Vocal Leo” xoru ilə birgə möhtəşəm layihəyə imza atıb.Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, Kubanın “Coro de Cámara Vocal Leo” xoru ilk dəfə olaraq Azərbaycanın Dövlət Himnini ispan dilində ifa edib. Bu layihə Azərbaycanda hər il sentyabrın 18-də qeyd edilən Milli Musiqi Gününə həsr olunub.Qeyd edək ki, “Coro de Cámara Vocal Leo” xoru1993-cü ildə təsis olunub. Xor Kuba, Meksika, İspaniya, Argentina, Almaniya, Qvatemala, Ekvador, Kolumbiya və ABŞ kimi ölkələrdə mühüm festivallarda iştirak edib.