“Üç qardaş - 2021” beynəlxalq təlimində “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib
20.09.2021 [16:15]
Xəbərin mətni
Sentyabrın 20-də “Üç qardaş - 2021” beynəlxalq təlimi çərçivəsində “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib.
Tədbirdə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələr Komandanı general-leytenant Ömer Ertuğrul Erbakan, Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Təhlükəsizlik və Antiterror İdarəsinin rəisi general-mayor Mümtaz Hüseyn, Qazaxıstandan olan yüksək səviyyəli qonaqlar və bu dövlətlərin ölkəmizdəki hərbi attaşeləri iştirak ediblər.