CƏMİYYƏT


Regionlardan Bakıya sərnişin daşıyan avtobusların sayı artırılır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti, eyni zamanda Bakı Beynəlxalq Avtovağzal Kompleksi və respublikanın 56 avtovağzal və avtostansiyası da daxil olmaqla yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib. Gücləndirilmiş iş rejimi ilə əlaqədar olaraq həm Bakıdan regionlara, həm də regionlardan paytaxta axının çox olacağı ehtimal edilərək , avtobusların sayının artırılması qərara alınıb. Hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 72 istiqamət üzrə 643 avtobus çıxır. Gücləndirilmiş iş rejimi ilə əlaqədar olaraq bu rəqəm iki dəfə artırılacaq. Tədris ilinin başlanması ilə əlaqədar olaraq Gəncə, Lənkəran, Şirvan, Şəki, Qax, Zaqatala, Quba istiqamətindən paytaxta axının olacağına ehtimal verərək bu istiqamətdə avtobusların sayında artım daha çox olacaq.Digər istiqamətlərdən paytaxta gələn avtobusların sayı isə axına uyğunlaşdırılacaq.