CƏMİYYƏT


Cəlilabadda Son tunc - Erkən dəmir dövrünə aid nekropol aşkarlanıb

Cəlilabadın Çəmənli kəndi ərazisində yerləşən Xudutəpə yaşayış məskənində arxeoloqların apardığı qazıntılar ilk gündən öz bəhrəsini verib. Burada Son tunc - Erkən dəmir dövrünə aid nekropol aşkarlanıb, 10-a yaxın qəbir və onlarla maddi-məişət əşyaları qeydə alınıb. Qazıntı işləri davam edir.
AZƏRTAC xəbər verir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun göstərişi ilə Cəlilabada ezam olunmuş arxeoloqlar artıq iki gündür rayonun Çəmənli kəndi ərazisindəki Xudutəpə qədim yaşayış məskənində qazıntı işləri aparırlar. Təxminən 4 hektara yaxın sahəsi olan Xudutəpə Azərbaycan ərazisindəki qədim təpə yaşayış məskənlərindən biridir.