CƏMİYYƏT


Azərbaycan “Teknofest-2021” festivalında təmsil olunur

Sentyabrın 21-dən etibarən İstanbulda “Teknofest-2021” Aviasiya, Kosmos və Texnologiya Festivalı başlayıb.AZƏRTAC xəbər verir ki, festivalda Azərbaycan 200 kvadratmetrlik ərazidə öz texnoloji avadanlıqlarını və hərbi texnikasını nümayiş etdirir. Ölkəmiz Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən təmsil olunur.