CƏMİYYƏT


Pula olan maraq onu “Cənubun ən varlı adamı” edib

Onu “Cənub bölgəsinin ən varlı sakini” adlandırırlar. Söhbət uşaq yaşlarından pul, marka, maraqlı əşya toplamağa həvəs göstərən kolleksiyaçı Şaiq Əzimovdan gedir.
AZƏRTAC xəbər verir ki, Lənkəranın ən zəngin pul kolleksiyasına sahib olan Şaiq Faiq oğlu Əzimov 1982-ci ildə Lənkəran şəhərində ziyalı ailəsinə doğulub. Uşaqlıqdan bu sahəyə maraq göstərsə də, 5 ildir peşəkar olaraq pul kolleksiyası toplayır. Dediyinə görə, kolleksiyasında hazırda 100-ə yaxın ölkənin keçmiş və indiki dövrlərinə aid pul nominalları var. O, həm dəmir, həm də kağız pullar toplayır.