CƏMİYYƏT


Yeraltı piyada keçidlərində fəaliyyət göstərən ticarət obyektlərində reyd keçirilib

Polis əməkdaşları tərəfindən qapalı məkanlar və yeraltı piyada keçidlərindəki ticarət obyektlərində tibbi maskadan istifadə etməyən şəxslərə qarşı nəzarət-profilaktik tədbirlər davam etdirilir. Növbəti belə tədbir bu gün Nəqliyyatda Baş Polis İdarəsi və Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı Dəmir Yol Vağzalının yaxınlığında yerləşən yeraltı piyada keçidlərində fəaliyyət göstərən ticarət obyektlərində təşkil edilib. Tədbir zamanı həmin ticarət mərkəzləri, yeraltı piyada keçidləri və digər obyektlərində sanitar-karantin qaydalarına əməl olunmasına nəzarət polis əməkdaşları tərəfindən gücləndirilib. Aparılan yoxlamalar zamanı bir neçə obyektdə və yeraltı keçidlərdə bəzi vətəndaşlar tərəfindən sanitar-gigeyenik qaydalara əməl olunmadığı aşkar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır