CƏMİYYƏT


Qazax Suvarma Sistemləri İdarəsi növbəti suvarma mövsümünə hazırlaşır

Qazaxda əhalinin su təminatını yaxşılaşdırmaq üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən 10 ədəd yeni subartezian quyusunun qazılması planlaşdırılır. Həmçinin rayonda arx və kanallarda növbəti suvarma mövsümünə hazırlıqla əlaqədar lildən və kol-kosdan təmizləmə işləri aparılır.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazax Suvarma Sistemləri İdarəsi rayonun kənd təsərrüfatı bitkiləri əkilmiş 18321 hektar suvarılan pay torpaq və həyətyanı sahələrini su ilə təchiz edir.