MƏDƏNİYYƏT


XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert Ağdamda təşkil olunub

Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Ağdam rayonunun Quzanlı qəsəbəsində konsert təşkil olunub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Muğam Mərkəzində keçirilən konsertdə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı (bədii rəhbər və baş dirijor Xalq artisti Ağaverdi Paşayev, baletmeyster Əməkdar artist Ceyhun Qubadov) geniş konsert proqramı ilə çıxış edib.