Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nərimanov rayonunda təmir etdiyi evdən oğurluq edən şəxs saxlanılıb

25.09.2021 [13:24]

Nərimanov rayonunda yerləşən mənzillərin birindən oğurluq edilib. Naməlum şəxs evə daxil olaraq oradan ümumi dəyəri 24 min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayıb. Zərərçəkən ev sahibi bu barədə polisə müraciət edəndən sonra hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının qısa zamanda həyata keçirdikləri əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Ruslan Əzimov saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib. Həmin şəxsdən oğurladığı qızıl-zinət əşyalarının bir hissəsi aşkar edilərək maddi sübut kimi götürülüb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI