Muğam Mərkəzində “TÜRKSOY Media Mükafatı -2020”nin təqdimat mərasimi olub
25.09.2021 [15:16]
Xəbərin mətni
Sentyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində “TÜRKSOY Media Mükafatı -2020”nin təqdimat mərasimi keçirilib.AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Vətən müharibəsinin şəhid jurnalistləri - AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov və AzTV-nin əməkdaşı Sirac Abışova həsr olunmuş videoçarx nümayiş olunub.