CƏMİYYƏT


Füzulidə “Əbədi Yaşar Şəhidlərimiz” adlı abidənin açılışı olub

Füzulidə 27 sentyabr - Anım Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir. Növbəti dəfə Füzuli şəhidlərinin xatirəsinə inşa edilən “Əbədi Yaşar Şəhidlərimiz” adlı abidə kompleksinin açılışı olub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilən abidə kompleksinin açılışında rayon rəhbərliyi, şəhid ailələri, qazi və veteranlar iştirak edib. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.