CƏMİYYƏT


Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Yevlaxda ehtiramla yad olunub

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi respublikamızın hər yerində olduğu kimi, Yevlaxda da ehtiramla yad olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclisin deputatları Əli Hüseynli və İlham Məmmədov, rayonun hüquq mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri, əvvəlcə, Şəhidlər xiyabanını ziyarət ediblər. Burada şəhidlərin xatirəsinə ucaldılan abidənin açılışı olub. Şəhidlərin xatirəsinə keçirilən ağacəkmə aksiyasında 500 ədəd, o cümlədən Şəhidlər xiyabanında Vətən müharibəsində həlak olan yevlaxlı şəhidlərin sayı qədər - 65 ağac əkilib.