CƏMİYYƏT


Budapeştdə Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla yad olunub

Budapeştdə Azərbaycanın Macarıstandakı diplomatik nümayəndəliyinin binası qarşısında səfirliyin əməkdaşları tərəfindən Vətənimizin işğal olunmuş torpaqlarının azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə həsr olunmuş guşə açılıb.
AZƏRTAC xəbər verir ki, Macarıstan paytaxtının sakinlərinin və qonaqlarının diqqətinə vizual materiallar təqdim edilib. İştirakçılar qərənfil qoyublar, şam yandırıblar. Guşənin açılış mərasimində Azərbaycanın bu ölkədəki səfiri Tahir Tağızadə, səfirliyin əməkdaşları, Macarıstanda təhsil alan tələbələrimiz, diaspor nümayəndələrimiz iştirak ediblər.