Binəqədi rayonunda 22 evdən oğurluq edən şəxs saxlanılıb
28.09.2021 [13:56]
Binəqədi rayonunda fərdi yaşayış evlərindən çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini Natiq Süleymanov tutularaq istintaqa təqdim edilib. Araşdırma zamanı onun Binəqədi rayonunun qəsəbələrində yerləşən 22 yeni tikilməkdə olan evdən məişət əşyaları, ellektrik naqilləri, kombi aparatları, təmir-tikinti alətləri oğurladığı məlum olub.