CƏMİYYƏT


Baş Prokurorluğun nümayəndə heyəti Horadizdəki “Qəhrəmanlar parkı”nda şəhidlərimizin xatirəsini yad edib

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti sentyabrın 26-da və 27-də Kəlbəcər və Qubadlı Hərbi prokurorluqlarının açılış mərasimində iştirak edib.Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 27-də - Anım Günündə nümayəndə heyəti Füzuli rayonunun Horadiz şəhərindəki “Qəhrəmanlar parkı”nda şəhidlərin xatirəsinə yaradılmış abidəni ziyarət edib. Ziyarət zamanı şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.