CƏMİYYƏT


Prokurorluq əməkdaşları uşaq evlərini ziyarət ediblər

Sentyabrın 28-də prokurorluq əməkdaşları Azərbaycan Prokurorluğunun yaranmasının 103 illiyi, habelə 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Bakı şəhəri ərazisində yerləşən müxtəlif uşaq evlərini ziyarət ediblər.Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ziyarət çərçivəsində prokurorluq əməkdaşları xüsusi qayğıya ehtiyacı olan, eləcə də valideyn himayəsindən məhrum uşaqların problemləri ilə maraqlanıb, onlara hədiyyələr təqdim ediblər.Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.