Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yeni korpusunun açılış mərasimi keçirilib
29.09.2021 [10:10]
Xəbərin mətni
Sentyabrın 28-də Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin yeni korpusunun açılış mərasimi keçirilib. DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə Xidmət rəisinin müavini general-leytenant C.Abdullayev çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriklərini çatdırıb, bu tədbirin ölkəmizin şanlı qalibiyyətinin, ərazi bütövlüyümüzün bərpa edildiyi 44 günlük Vətən müharibəsinin birinci ildönümünə təsadüf etməsi ilə əlamətdar olmasını vurğulayıb.