CƏMİYYƏT


İstanbulda Vətən müharibəsinin başlamasının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Sentyabrın 28-də İstanbulda Azərbaycanın 44 günlük Vətən müharibəsinin başlamasının ildönümü ilə əlaqədar şəhidlərin anım mərasimi keçirilib.AZƏRTAC xəbər verir ki, ölkəmizin İstanbuldakı Baş konsulluğunun təşkilatçılığı ilə baş tutan tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib.