CƏMİYYƏT


İmişlidə süd istehsalı məntəqəsinin fəaliyyəti antisanitar şəraitə görə dayandırılıb

Qida Təhlükəsizliyi Agentliyinin Ucar regional bölməsi tərəfindən İmişli rayonunda keçirilən reyd zamanı sanitar tələblərin pozulduğu süd istehsalı məntəqəsi aşkarlanıb.
Regional bölmənin əməkdaşı Səbuhi Nuriyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, İmişlinin Bəhrəmtəpə qəsəbəsi ərazisində fəaliyyət göstərən obyektə baxış keçirilən zaman antisanitar şəraitdə istehsal aparıldığı, həmçinin müəssisə daxilindəki şəraitin normalara uyğun olmadığı müəyyən edilib.