CƏMİYYƏT


Nəsimi rayonunda narkokuryerlik edən daha 5 nəfər saxlanılıb

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər tutulub. Əməliyyat zamanı əvvəlcə paytaxt sakinləri Sadiq Seyfullayev, Namiq Kazımov və Elmiq Kazımov saxlanılıblar. Onların üzərindən satış üçün hazır şəkildə qablaşdırdıqları narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan Bakı şəhər sakini Vüqar Qafarov da saxlanılıb. Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı ümumi çəkisi 105 qram olan heroin və 1 ədəd elektron aşkar edilib. Vüqar Qafarov ifadəsində narkotik vasitəni “İnstagram” sosial şəbəkəsində tanış olduğu xarici ölkə vətəndaşından onlayn yolla satmaq məqsədi ilə aldığını bildirib.