CƏMİYYƏT


Şəhid olan komandirini döyüş meydanından çıxararkən düşmən gülləsinə tuş gələn 19 yaşlı qəhrəman

Vətən müharibəsi şəhidi Rəşad Səfərəliyev Suqovuşan istiqamətində döyüşlərdə qəhrəmanlıqla döyüşüb. Rəşad şəhid olan komandirini döyüş meydanından çıxararkən özü də şəhidlik zirvəsinə ucalıb. 19 yaşlı qəhrəman ölümündən sonra 3 medalla təltif olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rəşad Fərman oğlu Səfərəliyev 2001-ci ildə Xaçmaz şəhərində anadan olub. Uşaqlıqdan idmanla məşğul olan Rəşad bir sıra yarışlarda uğurlu çıxış edib.