CƏMİYYƏT


Uşaq sığınacağının sakinləri tənha yaşayan ahılların görüşünə gəlib

Sentyabrın 30-da Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin bir qrup sakini Ahıl şəxslər üçün sosial xidmət müəssinin qonağı olub. AZƏRTAC xəbər verir ki, fidan balalar mənəvi nənə-babalarını 3-cü Bahar yolunda “İkinci nəfəs” adlanan incəsənət sərgisi ilə sevindiriblər. “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə “özgə uşağı olmadığı kimi özgə ahılı da yoxdur”- deyərək cəmiyyəti bu insanlara qayğı və diqqət göstərməyə səsləyib.