CƏMİYYƏT


Nərimanov rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib

Ötən gün sosial şəbəkələrdə bir sürücünün paytaxtın Nərimanov rayonu Həsən Əliyev və Koroğlu Rəhimov küçələrinin kəsişməsində idarə etdiyi “BMW” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinin görüntüləri yayılıb.
Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının qısa zamanda həyata keçirdikləri tədbir nəticəsində həmin sürücünün şəxsiyyəti qısa zamanda müəyyən edilib. Məlum olub ki, hadisə paytaxt sakini Asif Niftəli tərəfindən törədilib. O, yol polisləri tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.