CƏMİYYƏT
Qubanın Xınalıq və Qırız kəndlərinə ilk qar yağdı
01.10.2021 [10:19]
Xəbərin mətni
Oktyabrın ilk günü Quba rayonunun Xınalıq və Qırız kəndlərinə ilk qar yağıb.
AZƏRTAC-ın bölgə müxbir xəbər verir ki, gecə saatlarından başlayan qarın hündürlüyü Xınalıq kəndində 2, Qırızda isə 3 santimetrə çatır. Qarın yağması ilə əlaqədar temperatur aşağı düşüb.
Xınalıq kəndi dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşir.