Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Foto Kadr 2020” müsabiqəsinin qalibləri mükafatlandırılıb

01.10.2021 [12:33]

Xəbərin mətni

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında Gilavar Foto Klubunun “Foto Kadr 2020” müsabiqəsinin qalibləri mükafatlandırılıb. Mükafatlandırma mərasimində AZƏRTAC-ın fotomüxbirləri Roman İsmayılov və Tofiq Babayevə xüsusi diplom və sertifikatlar təqdim edilib.AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.