CƏMİYYƏT


Tokioda məsciddə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Yaponiyanın paytaxtı Tokiodakı məsciddə Vətən müharibəsi zamanı, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş şəhidlərimizin xatirəsi anılıb.AZƏRTAC xəbər verir ki, Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə “Tokyo Camii ve Diyanet Türk Kültür Mərkəzi”ndə təşkil edilən mərasimdə bu ölkədə yaşayan soydaşlarımız, Türkiyənin Yaponiyadakı səfiri Korkut Güngen, digər müsəlman ölkələrinin səfirliklərinin nümayəndələri, müsəlman icmasının üzvləri iştirak ediblər.Mərasimdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib.