CƏMİYYƏT


Reza Deqati və ATV kanalı birgə layihəyə başlayıb: “Foto Diqqət!”

Dünya şöhrətli fotoqraf Reza Deqati və ATV telekanalı “Foto Diqqət!” adlı layihəyə başlayıb.AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində 44 gün ərzində Reza Deqati Qarabağda çəkdiyi fotolar haqqında hekayələrini danışacaq, həmçinin onun çəkdiyi şəkillər təqdim ediləcək.Süjetlərdən birində Reza Deqati işğaldan azad edilən əraziləri qoruyan Azərbaycan əsgərindən qürur duyduğunu söyləyir. Tamaşaçılar Murovdağda dayanan Azərbaycan əsgərinin qorxmaz, cəsur obrazı ilə tanış olurlar.