CƏMİYYƏT


Hökməli qəsəbəsində narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatları əsasında Hökməli qəsəbəsində həyata keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslər saxıanılıblar. Əməliyyat zamanı həmin qəsəbədə yaşayan Ramin Qasımov və əvvəllər məhkum olunmuş Rəfayel Şükürov tutularaq istintaqa təqdim ediliblər. Ramin Qasımovun üzərində şəxsi axtarış aparılan zamanı ondan 11 qram heroin və 13 qram psixotrop maddə olan metamfetamin, Rəfayel Şükürovdan isə 2 qram heroin və 43 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır