CƏMİYYƏT


Bakıda avtobuslar həftəsonları adi rejimdə fəaliyyət göstərir

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq oktyabrın 1-dən həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın ləğv edilməsi ilə müntəzəm marşrut xətləri üzrə avtobuslar və Bakı metrosu şənbə və bazar günləri adi rejimdə fəaliyyət göstərəcək. Bakı Nəqliyyat Agentliyi Bakı şəhərində müntəzəm sərnişindaşımalarla məşğul olan şirkətlərə qərarın icrası ilə bağlı tapşırıqlar verib. Bildirilib ki, marşrutların şənbə-bazar günləri də fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri tədbirlər görsünlər. Eyni zamanda, sürücü və işçi heyətinin təlimatlandırılması, texniki və digər hazırlıq işlərinin görülməsini həyata keçirsinlər.