CƏMİYYƏT


Baltikyanı ölkələr içərisində ən böyük zoopark Latviyada yerləşir

Baltikyanı ölkələr içərisində yerləşən ən böyük zoopark (Riqa Milli Zooloji Parkı) Latviyanın paytaxtı Riqa şəhərində yerləşir.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Riqa Milli Zooloji Parkının ərazisi 17 hektardır və hər il bura 250-300 min insan baş çəkir.
Gəzinti üçün geniş sahəyə malik olan zooparkda təxminən 500 növdən ibarət 4 minə yaxın heyvan yaşayır.