CƏMİYYƏT


Ermənistanın Gəncədə törətdiyi ilk terror hadisəsindən bir il ötür

Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından bir il ötür.AZƏRTAC xəbər verir ki, 2020-ci il oktyabrın 4-də, saat 10 radələrində Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Cenevrə Konvensiyasının tələbləri pozulmaqla, cəbhə zonasından kənarda yerləşən Azərbaycan Respublikasının ikinci böyük şəhəri, beş yüz mindən çox dinc əhalinin yaşadığı Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak olub, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vurulub.