CƏMİYYƏT


Xətai rayonunda 10-dan çox evdən və avtomobildən oğurluqlar edən şəxslər saxlanılıblar

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı müxtəlif vaxtlarda rayon ərazisində avtomobillərin şüşələrini qıraraq salonlardan oğurluq edən şəxs saxlanılıb. Əməliyyat zamanı Xətai rayonunda yaşayan əvvəllər məhkum olunmuş Bəybala Kamranbəyli tutularaq istintaqa təqdim edilib. Araşdırma zamanı onun paytaxt ərazisində 10-dan çox avtomobilin salonundan dəyərli əşyalar, maqnitafonlar oğurlayaraq dəyər-dəyməzinə satdığı məlum olub. Həmçinin, saxlanılan şəxsin ətrafında aparılan əlavə aradırmalar zamanı onun rayon ərazisində bir neçə mənzildən qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.