Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Komitəsi: Cəmiyyətimizi narahat edən problemlərdən biri də erkən nikahlardır

05.10.2021 [18:29]

Bu gün cəmiyyətimizi narahat edən problemlərdən biri də məhz erkən nikahlardır. Erkən nikah hallarının baş verməsi qızların təhsildən yayınmasına, onların inkişafına mane olur, sağlamlıqlarına zərər vurur, ana və körpə ölümünə, əksər hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.
Unutmaq olmaz ki, azyaşlıları uşaq evliliyinə məcbur etmək, belə hallara haqq qazandırmaq muasir, demokratik ölkələr üçün qəbul edilməzdir. Erkən nikah birmənalı olaraq gender əsaslı zorakılığın ailələrin, gənclərin həyatına zərbə vuran növü kimi dəyərləndirilməlidir.Deyilənləri əsas götürərək əhalinin, xüsusilə yeniyetmə və gənclərin erkən nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılmasına xüsusi önəm verilir, mütəmadi olaraq bu sahədə maarifləndirmə tədbirləri həyata keçirilir.Bu istiqamətdə görülən işlərin davamı olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın müvafiq bəndlərinin icrası istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, aidiyyəti qurumların əməkdaşlığı çərçivəsində hazırlanan videoçarxı diqqətinizə çatdırırıq.

BÖLMƏNİN DİGƏR VİDEOLARI