CƏMİYYƏT


Qazaxıstan Senatının sədri: Azərbaycanın ərazi bütövlüyünün bərpası Avrasiya məkanında yeni geosiyasi reallıq yaradıb

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Qazaxıstana səfəri çərçivəsində bu ölkə Senatının sədri Maulen Aşımbayevlə görüşüb.
AZƏRTAC xəbər verir ki, Dünya və Ənənəvi Din liderlərinin Qurultayının Katibliyinin XIX sessiyasında iştirak üçün Maulen Aşımbayevin dəvəti ilə Nur-Sultana səfər etmiş şeyxülislam Allahşükür Paşazadəni səmimi qarşılayan Qazaxıstan Senatının sədri ölkələrimiz arasında yaxın qardaşlıq münasibətlərinin, ortaq tarixi, mədəni, mənəvi köklərin mövcudluğunu vurğulayıb.