Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazda şəhid istehkamçı gizir Mayıs Səmədovun xatirəsi anılıb

06.10.2021 [17:36]

Xəbərin mətni

Xaçmazda Vətən müharibəsi şəhidi gizir Mayıs Səmədovun şəhadətinin ildönümü qeyd olunub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəhrəman döyüşçünün anım mərasimində Daxili İşlər Nazirliyinin rəsmiləri, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları, şəhidin döyüş yoldaşları, ailə üzvləri və kənd sakinləri iştirak edib. Şəhidin Qadaşoba kənd qəbiristanlığındakı məzarı üstünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılaraq ruhuna dualar oxunub.

BÖLMƏNİN DİGƏR VİDEOLARI