CƏMİYYƏT


Şeyxülislam Allahşükür Paşazadə: qardaş Qazaxıstan dövlətinin haqq mübarizəmizə verdiyi dəstək təqdirəlayiqdir

Qazaxıstanda keçirilən Dünya və ənənəvi din liderlərinin Qurultayı Katibliyinin XIX iclası çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri yerli KİV nümayəndələrinə müsahibə verdi. Yerli media mənsublarının suallarını cavablandıran Şeyxülislam Azərbaycanın şanlı zəfəri ilə nəticələnən 44 günlük Vətən müharibəsindən, azad edilmiş torpaqlarımızdakı aparılan genişmiqyaslı yenidənqurma və bərpa işlərindən, habelə Azərbaycan ilə Qazaxıstan arasında tarixi qardaşlıq əlaqələrindən danışıb.