CƏMİYYƏT


Qazaxın Şıxlı kəndindən Milana qədər uzanan film kimi həyat yolu

İkinci Dünya müharibəsində Azərbaycanın oğul və qızları Avropa ölkələrində partizan dəstələri ilə birlikdə hitlerçilərə qarşı mübarizə aparıb, uğurlar qazanıblar. Onların bir çoxu Sovet İttifaqı Qəhrəmanı adı alıb. Barəsində söhbət açacağımız qəhrəman isə bu müharibədə İtaliyanın Milli Qəhrəmanı adına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, Qazax rayonunun Birinci Şıxlı kəndinin sakini olan, iki dəfə alman əsirliyindən qaçan, italiyalı partizanların “Serafino” ləqəbi verdiyi Tahir İsayev döyüşlərə 18 yaşı tamam olmamış yollanıb. Deyilənlərə görə, o, cəbhəyə elə məktəbli formasında yollanıb. İkinci Dünya müharibəsində Şıxlıdan İtaliyanın Milan şəhərinə qədər uzun və məşəqqətli, qəhrəmanlıqlarla dolu, film kimi həyat yolu keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır