MƏDƏNİYYƏT


“Əl-Cəzirə” Azərbaycan musiqisinin simvolu olan tar barədə reportaj hazırlayıb

Qətərin Əl-Cəzirə Media Şəbəkəsinin nümayəndələri bir müddət öncə Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilati dəstəyi ilə Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində “Əl-Cəzirə” heyəti işğaldan azad edilən rayonları ziyarət edib.
AZƏRTAC xəbər verir ki, səfər müddətində Əl-Cəzirə Media Şəbəkəsinin əməkdaşı Omar Əl Hac Füzuli sakini, tar ustası Musa Yaqubovdan müsahibə alıb. M.Yaqubov tar hazırlanmasının sirlərini Omar Əl Hacla bölüşüb.