CƏMİYYƏT


“Əl-Cəzirə” telekanalı Qarabağ atları barədə reportaj yayımlayıb

Qətərin məşhur “Əl-Cəzirə” Media Şəbəkəsinin nümayəndələri bir müddət öncə Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilati dəstəyi ilə Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində “Əl-Cəzirə”nin heyəti işğaldan azad olunan rayonları da ziyarət edib. “Əl-Cəzirə” Media Şəbəkəsinin əməkdaşı Omar Əl Hac səfər müddətində, həmçinin Qarabağ Atçılıq Kompleksində olub, kompleksin müdiri Elman Qədirovdan müsahibə alıb, Qarabağ atları barədə reportaj hazırlayıb.AZƏRTAC xəbər verir ki, reportajda Azərbaycanda ən məşhur at növü olan Qarabağ atlarının əsas xüsusiyyətlərindən bəhs edilir.