Şəhidin ailəsi: Zaur kimi oğula deyil, onu itirənlərə ağlayın
09.10.2021 [09:45]
20 yaşında adını tarixə yazdırmağı bacaran - Zaur Kamal oğlu Mədətov. AZƏRTAC xəbər verir ki, Zaurun hələ uşaqlıqdan idmana olan marağı onun döyüş ruhunda yetişməsinə təkan olub. Qəhrəmanın 27 sentyabr 2020-ci ildə başlanan tarix yolu oktyabrın 8-də Füzulidə sona çatıb. Ailə üzvləri Zaurla bağlı xatirələrini bizimlə bölüşüb.