CƏMİYYƏT


Şəhid Elvin Rəhimovun təltif edildiyi orden və medallar ailəsinə təqdim olunub

Azərbaycan Ordusunun baş leytenantı Elvin Rəhimovun ölümündən sonra təltif edildiyi “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ailə üzvlərinə təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsinin qəhrəmanlarından olan baş leytenant Elvin Rəhimovun təltif edildiyi orden və medalların təqdimetmə mərasimi onun məzarı yanında keçirilib. Görüşdə şəhidin ailə üzvləri, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları və Elvinin xidmət etdiyi N saylı hərbi hissənin zabitləri iştirak ediblər.