18 yaşlı Vətən müharibəsi qəhrəmanı İlkin Quliyev
10.10.2021 [15:34]
Torpaq uğrunda canından keçən şəhidlərimizdən biri də İlkin Rəfail oğlu Quliyevdir. 18 il ömr sürən igid əsgər oktyabrın 10-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. AZƏRTAC-ın çəkiliş qrupu şəhidin ildönümü ərəfəsində onun ailəsinə baş çəkib.