MƏDƏNİYYƏT


Məşhur fotoqraf Reza Deqati Qarabağda ermənilərin törətdiyi dağıntılardan danışıb

Fransanın Korbövua (Courbevoie) şəhərində 11-ci Atmosfer Festivalı (Festival Atmospheres) çərçivəsində Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqatinin sərgisi və onun iştirakı ilə konfrans təşkil olunub.AZƏRTAC xəbər verir ki, konfransda Kurbövua şəhərinin rəhbərliyi, yerli ictimaiyyətin, eləcə də Azərbaycan diasporunun nümayəndələri, fotosevərlər iştirak ediblər. Məşhur fotoqraf müxtəlif ölkələrdə olan missiyalarından danışaraq, səfər etdiyi ölkələrdə çəkdiyi fotoları nümayiş etdirib.