Azərbaycan Dövlət İnformasiya Agentliyi

Erməni terrorunun canlı şahidi 6 yaşlı Bəxtiyar: Evimizə bomba düşəndə qorxmadım, heç kişi də qorxar?

11.10.2021 [12:21]

Xəbərin mətni

Keçən il oktyabrın 11-də Ələkbər bəy Rəfibəyli küçəsində insanlar gecəni dəhşət və ölümlə qarşıladılar. Təxminən saat 10 radələrində Ermənistanın raket hücumu nəticəsində 10 nəfər həlak oldu, 30-dan çoxu isə yaralandı. Faciə yerindən dünyaya Ermənistanın dinc əhaliyə terrorunu əks etdirən dəhşətli görüntülər yayılırdı. Dünya bu kadrlarla yanaşı, sifəti qan içində olan 6 yaşlı balaca Bəxtiyarın təbəssümündə həm də Azərbaycan xalqının sınmaz iradəsini, mərdliyini gördü. Balaca Bəxtiyar sanki erməni vəhşiliyinə təbəssümü ilə cavab verirdi, Azərbaycan xalqının qorxmaz iradəsini göstərirdi.

BÖLMƏNİN DİGƏR VİDEOLARI