Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib

12.10.2021 [10:52]

Xəbərin mətni

Kürdəmir rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gecə saat 22 radələrində Bakı-Qazax yolunun Kürdəmirin Karrar kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, sürücü Kəlbəcər rayon sakini 27 yaşlı Elçin Bayram oğlu Xıdırov “Vito Mercedes” markalı maşınla Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən Ağsu rayonunun Kəndoba kənd sakini 53 yaşlı Səfa Balakişi oğlu İbadovu vurub. Piyada aldığı xəsarətlərdən elə hadisə yerindəcə ölüb. Onun cəsədi müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR VİDEOLARI